ELAZ.İNFO xəbər verir ki, İlham Əliyev Xanyurdu kənd sakinlərinə bildirib ki,daha heç kim bizi bu yerlərdən çıxara bilməz.
Prezident xatırladıb ki, məcbur köçkünlər uzun illər çətin şəraitdə yaşayıb – çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə:“Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.
Aydan ŞƏRBƏTOVA