ETN məmurları son günlər tez- tez elmdən danışırlar. Maraqlıdır, onlar hansı elmdən danışırlar?
Ənənə üzrə əsas fəaliyyəti təhsil sistemi olan bir nazirlik, dövlət tərəfindən ona həvalə edilən əsas vəzifəsini- təhsil siyasətinin formalaşdırılması, təhsil islahatlarının elmi bazada reallaşdırılması kimi mühüm strateji tapşırığı 20 ildə yerinə yetirə bilməyən, ölkədə təhsil elmləri ilə məşğul olan yeganə elm- tədqiqat institutu ARTİ-nin profilini dəyişib, kurs səviyyəsinə endirən (“aşıq gördüyünü çağırar”) qurumun elmdən danışması qəribədir.
Ən pisi isə budur ki, mütəxəssislərin bu məsələ ilə əlaqəli illər ərzində qaldırdığı problemləri görməzdən, eşitməzdən gəlib, indi isə “elm yönlü PR kompaniyası”na start verirlər.
Güclü elm və təhsil sistemin PR-a ehtiyacı yoxdur!
Zəif elm və təhsilə PR kömək edə bilməz!
Elm və təhsilə aidiyyatı olmayan, təcrübəsiz menecerlərin apardığı elm-təhsil siyasəti isə PR səviyyəsində ola bilər, yəni, əhəmiyyətsiz.
Belə elm-təhsil siyasətinin nəticəsi isə sistemsizlik, hay-küy və “tərsinə” qurulan xaotik proseslər olar.
İlham Əhmədov
Dosent