Onlar bunu Halloween zarafatı hesab edirdilər: 10 nəfər bıçaqlandı, 2 nəfər ölümlə üzləşdi

ELAZ.İNFO xəbər verir ki, İngiltərədə qatarda baş verən bıçaqlı hücumla bağlı təfərrüatlar ortaya çıxıb.

Donkasterdən Londona gedən sərnişinlər gecə saatlarında qatarda bıçaqlanaraq öldürüldülər.

Hücum nəticəsində on nəfər yaralanıb. Polis rəisi iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Şahidlər Britaniya mətbuatına bildiriblər ki, polis bıçaqla silahlanmış bir kişiyə elektrik şoku silahı tətbiq edib. İki nəfər həbs edilib və terrorizmə qarşı mübarizə polisi istintaqa qoşulub.

Baş nazir Keir Starmer hücumu “dəhşətli” və “dərin narahatlıq doğuran” hadisə adlandırıb.

Məlumat üçün bildirək ki, Kral Çarlz həmçinin hücumdan şoka düşdüyünü və fikirlərinin qurbanlar və təcili yardım işçiləri ilə olduğunu bildirib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights