On minlərlə çeçeni diri-diri suda boğdurdu

Viktor Abakumov kimdir?
Bu gün sovet rejiminin ən qəddar rəhbərlərindən biri- SSRİ DTK-nın sədri general-polkovnik Viktor Abakumovun doğum (24.04.1908-19.12.1954) günüdür.

O, 1934-cü ildə əxlaqsızlıq etdiyinə görə XKS-dən qovulur və həbs edilir. Həbsxanada olarkən gizli şöbələrdən birinə işə qəbul olunur, qısa müddət sonra Rostov şəhərində Daxili İşlər Komissarlığının şöbə rəisi təyin edilir. Bu vəzifədə olarkən 30 min nəfəri xalq düşməni çıxarır. XDİK Xüsusi Şöbənin rəisi olduğu dövrdə əsirlikdən qaçaraq geri qayıdan və heç bir günahı olmayan 80 min nəfəri güllələdir.

1944-cü ildə çeçenləri sürgün etdirir, bu zaman on minlərlə çeçeni diri-diri suda boğdurur. Ahıska türklərini ata yurdlarından Abakumov sürgün etdirir.
Bütün bunlara baxmayaraq, sonda özü də xəyanətkar kimi həbs edilir.
Sovet İttifaqının xəyalını quranlar! O zaman bəxtəvər idik deyənlər! Buyurun oxuyun ki, nələr olub. Bu qətliamdan bizimkilərin payına nə qədər düşüb,onu özünüz yəqin ki anlayarsınız.

Natəvan Bəydili

Bizimlə oxuyun
Verified by MonsterInsights