Ölüm faktı qeydə alındı

Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı TƏBİB açıqlama verib.

Elaz.info Report.az-a istinadən xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”.

Bildirilib ki, saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

“Bütün reanimasiyon tədbirlərə baxmayaraq, 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights