“Ölsəm -cənnətdə yerim hazır olsun”

Əsrlər öncə kilsələr cənnətdən torpaqlar satırdılar.

Cahil xalq isə, “ölsəm cənnətdə yerim hazır olsun” -deyə bu oyuna alət olurdu, beləcə keşişlər və kilsə zənginləşirdi.

Ancaq hamı belə deyildi. Bunun bir yalan olduğunu, cənnətdən torpaq satın almayacağını deyən Martin Luther məhkəməyə çıxarilmışdı. Məhkəmə, o vaxtlar da dini istifadə edənlərin əlində oyuncaq idı. Məhkəmə proses zamanı Martin hakimlərə müraciət edir;

“Milləti cəhənnəmlə qorxudub, cənnəti pul qarşılığı satırsınız. cəhənnəmi satsaniz?”

Hakimlərdən biri soruşdu: “Cəhənnəmi kim alar ki?”

Martin Luther “mən alıram, nə pulu deyirsiz verirəm” dedi.

Hakimlər cəhənnəmi Ona müftə verdilər!

Məhkəmə iclasinin axirinda Martin qapının önünə çıxdı və məhkəmə iclasina yiğişan minlərlə insana müraciət etdi:

“Cəhənnəmi satın aldım, mənimdir. Bundan sonra oraya kimisə qoymayacam, qorxmayın!”

Cəhənnəm qorxusu yox olan xalq beləliklə, kilsə təzyiqindən xilas olmuşdu..

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights