Rusiyanın ərazisi 18 mln. kv.km.-ə yaxındır. Yaponiya ilə həmsərhəd olan Kuril adalarından ikisini (ümumi sahısi 15 min kv.km. olan) yaponlara vermir və hətta bunu müzakirə mövzusu hesab etmir. “Torpaqdan pay olmaz!” prinsipi bütün dünya dövlətləri üçün aksiom kimi qəbul olunmuşdur! Bəs onda nə üçün Azərbaycan dövləti öz torpaqlarını pay olaraq qonşu dövlətlərə paylayır?! Nümunə üçün “Ermənistan” deyilən forpost “dövlət”i götürək. Bu, tarixi bir həqiqətdir ki, 1918-ci ildə Ermənistan dövləti yaradılarkən onun ərazisi və paytaxtı yox idi. Qonşu dövlətlərin, xüsusilə, Rusiyanın təzyiqi ilə İrəvan şəhəri və onun ətrafı – 9 min kv.km ərazi ilə ermənilərə “peşkəş” edildi. Tiflisi paytaxt etmək istəyən ermənilərə gürcülər icazə vermədilər. Beləliklə, 9 min kv.km ərazidə yaradılan Ermənistan dövləti bütün qonşu dövlətlərlə torpaq iddiasına düşdü və bu iddiasını yalnız bir istiqamətdə – Azərbaycan torpaqlarında həyata keçirməyə başladı. SSRİ-nin mövcud olduğu dövr ərzində (1917-1991-ci illər) müxtəlif yollarla Zəngəzuru, Basarkeçəri, Göyçə gölünü, Dilicanı işğal və ilhaq etməklə Ermənistan dövləti öz ərazisini 29,7 min kv.km-ə çatdırdı. Göründüyü kimi, fərq 20,7 min kv.km-dir. Bütün bu ərazilər yalnız Azərbaycan torpaqları hesbına genişləndirilib və çox təəssüf ki, bu qədər ərazinin işğalına Azərbaycan dövləti tərəfindən “göz yumulub” (və ya məcbur olub). Əgər Zəngəzurun işğalı zamanı ermənilər Rusiyanın dəstəyini almasaydılar, sonralar da digər ərazilərin işğalına tamah salmaz və dediyim kimi, öz ərazilərini 9 min kv.km-dən 29,7 min kv.km-ə çatdıra bilməzdilər. Bu iştahla genişlənən Ermənistan dövləti öz iddialarını gücləndirərək Sovet hökumətinin dağıntıları altında Azərbaycanın tarixi ərazilərini geri qaytarmaq fikrində deyil. Məhz buna görə də Azərbaycan ərazilərinin geri alınması prosesi təcili həyata keçirilməlidir. Bu məqsədlə, mənim fikrimcə, Azərbaycan dövləti iki variant irəli sürməli və bu variantları həm BMT-yə eləcə də Ermənistan dövlətinə çatdırmalıdır.
Azərbaycan dövləti beynəlxalq hüquq əsasında Ermənistanla hərbi müstəvidə toqquşur və 72 il ərzində itirdiyi torpaqları (Zəngəzuru, Basarkeçəri, Göyçəni, Dilicanı, və s.) işğaldan azad edərək, Azərbaycan Cümhuriyyəti dövründəki sərhədlərini (ərazilərini) bərpa edir. Bu variantda qan tökülür, iqtisadi itkilər baş verir və digər neqativ hallar olur. Lakin, Ermənistanın işğal siyasətinə son qoyulur və birdəfəlik “öz yerində” oturdulur.
Əgər sülh variantı ilə bağlı razılıq əldə olunsa, Ermənistan dövləti ilə bütün kommunikasiya əlaqələri bərpa edilir və onun dünya bazarına inteqrasiyası üçün imkan yaradılır.
Hesab edirəm ki, bu barədə hər iki tərəf və Dünya birliyi (BMT, Aİ və b.) düşünməlidir və problem tezliklə öz həllini tapmalıdır. Bunun üçünsə, Azərbaycan dövləti Beynəlxalq təşkilatlar və Ermənistan dövləti qarşısında konkret vaxt (misal üçün, 6 ay; 1 il ) qoymalıdır. Əgər Ermənistan dövləti “Sülh variantını” qəbul etməzsə və yaxud, həmsədr ölkələr onları bu varianta razılaşdıra bilməzlərsə, onda ikinci variant tətbiq edilməklə, ölkəmizin işğal altındakı digər əraziləri düşməndən təmizlənir.
Ağasəf İMRAN