ELAZ.İNFO xəbər verir ki, sabah Slovakiyanın paytaxtı Bratislava şəhərində Cüdo üzrə gənclər arasında Avropa çempionatı öz işinə başlayır.
Çempionatda 42 ölkədən 374 idmançı iştirak edəcək. Ölkəmiz bu qitə birinciliyinə 13 idmançı ilə qatılıb. Cüdoçularımız artıq Bratislavadadır.
Məlumat üçün bildirək ki, çempoinat sentyabr ayının 7-də öz işini yekunlaşdıracaq.
İslam MAHMUDOV