ELAZ.İNFO xəbər verir ki, 17 dekabr 1926-cı ildə SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib.
Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi
1 212 400 kişi,
1 101 300 qadın olub.
649.500 nəfər şəhərdə
1 664 200 isə kənddə yaşayırdı.
Məlumat üçün bildirək ki, hal-hazırda ölkə əhalisinin sayı 10 milyon 122 min 148 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əli İBRAHİMOV


