ELAZ.İNFO xəbər verir ki, İqtisad Nazirliyinin məlumatına görə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6% artaraq 2 mlrd. manatdan çox olub.
Bu ilin birinci yarısında özəl investisiyalar 16.5% artaraq 4.1 mlrd. manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8% artaraq 2.2 mlrd. manata yaxın olub.
Ümumilikdə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12%-dən çox artaraq 30.2 mlrd. manatı ötüb.
elaz.info