Ölkə başçısının sadə və təvazökar davranışı

ELAZ.İNFO

Bir dəfə Finlandiyanın prezidenti Sauli Niinisteo ölkənin cənub-qərbində yerləşən Turku şəhərinə gedir. Prezident burada Kitab Sərgisinin tədbirə qatılmaqla yanaşı, həm də tədbirdə iştirak edən həyat yoldaşı, şairə Yenni Haukionun çıxışını dinləmək istəyi idi. Amma zal dolu olduğundan, boş yer qalmamışdı. Ona görə də prezident sakitcə pilləkəndə oturaraq, çıxışları izləməyə başlayır.
Tədbirdən fotolar tez bir zamanda sosial mediada yayılmaqla, müsbət reaksiyalar və şərhlər yaradaraq, geniş müzakirəyə səbəb olur. Ölkə başçısının bu davranışı sadəlik və təvazökarlıq simvoluna çevrilir.
Xatırladaq ki, Finlandiya dünyanın ən xoşbəxt ölkələri arasında birinci yerdədir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights