ElAZ.İNFO xəbər verir ki, dağ-xizək idmanının əfsanəsi, amerikalı ulduz Lindsi Vonn İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında ağır qəzaya uğrayıb. Sürətli eniş (downhill) yarışları zamanı idarəetməni itirərək yıxılan idmançının vəziyyəti ciddidir.
İdmançı yarışda Vonn trasın ən sürətli hissələrindən birində yıxılaraq yarışı tamamlaya bilməyib. Hadisə o qədər kritik olub ki, idmançı dərhal helikopter vasitəsilə yamacdan təxliyə edilərək xəstəxanaya çatdırılıb.
Məşhur idmançı öz “Instagram” hesabından azarkeşlərinə müraciət edərək son vəziyyətini bölüşüb: Sol ayağındakı sınığı stabilləşdirmək üçün artıq bir təcili əməliyyat uğurla keçib. Vonn bildirib ki, tam sağalmaq üçün yaxın vaxtlarda daha bir neçə cərrahi əməliyyat keçirməli olacaq.
Vonnun bu ağır zədədən sonra peşəkar idmana qayıdıb-qayıtmayacağı sual altındadır. Xatırladaq ki, 41 yaşlı idmançı bu Olimpiadaya böyük ümidlərlə və uzunmüddətli fasilədən sonra qayıtmışdı.
ElAZ.İNFO, Lindsi Vonn, Olimpiya Oyunları, İtaliya, dağ-xizək idmanı, qəza, əməliyyat, idman zədəsi, Milan, sürətli eniş,Lindsey Vonn, Olympic Games, Italy, alpine skiing, crash, surgery, sports injury, Milan, downhill,Линдси Вонн, Олимпийские игры, Италия, горнолыжный спорт, падение, операция, спортивная травма, Милан, скоростной спуск,