OLANLARIN İZLƏRİ

Kim demiş ki, olan olur, keçən keçir?
Doğrusu, bu, heç də elə deyil.
Olan olur- bu, çox düzdür,
Amma hara yoxa çıxır,
Hansi sərhədləri keçib gedir?!

Yalan sözdür – unudulmur…
Nə xoş anın, nə qəmgin,
Nə də gərgin:
Nə sevincin, nə kədərin
Elə belə keçib getmir.
Parçalanır, dağılır,
Amma yox olub getmir …

İlişib səndə qalır,
Qanında, canında,
Canlı hüceyrəndə qalır.
Ora toxunur. Orada yaşayır…
Bəzən böyük,
Bəzən balaca sözlərlə yazılır,
Zaman – zanan səs salır,
Ruhunla qidalanır.

Eşitdiyin sözlər,
Dinlədiyin musiqilər bədəninə toxunur.
Saniyən, saatın, ayın, ilin,
Səni səndən alıb aparır.
Qırışlara çevrilir, saçlarında yaşayıb,
Sadəcə rəngin dəyişir.

Olanlarsa səndə qalar:
Ya zövq verər, xöş ətir saçar,
Ya da tam əksinə, məyus edər.
Olanları nə yağış yuyub aparar,
Nə şaxta dondurar,
Nə də günəş yandırar.
Səndə bir ibadətgah qurar,
Səni tərk etməz,
Orada yaşayar…

Cəvahir ƏSƏDOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights