ELAZ.İNFO xəbər verir ki, Qatarda yerləşən “əl-Cəzirə”telekanalı bildirib ki, İsrailin Qəzza şəhərinin kənarındakı Şücaya rayonuna vurduğu zərbə nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, onlarla insan itkin düşüb. Qəzza Səhiyyə Nazirliyi, xilasedicilərin dağıntıları araşdırdıqdan sonra qurbanların sayının artacağını söyləyib. Çərşənbə günü telekanal İsrailin Qəzzanın Şərq məhəllələrinə hücumu nəticəsində 50-dən çox insanın yaralandığı qeyd olunub”.
Məlumat üçün bildirək ki, martın 18-də İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa etdi və HƏMAS obyektlərinə bir sıra zərbələr endirdi və bununla da 2025-ci ilin yanvarından anklavda qüvvədə olan atəşkəsi pozdu.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bu addımı HƏMAS-ın ABŞ səfiri Stiv Uitkoffla danışıqlardan sonra irəli sürülən təklifləri rədd etməsi ilə izah edib.
Bəyanatda əməliyyatın məqsədinin bütün İsrail girovlarını azad etmək olduğu iddia edildi. HƏMAS Qəzzada bu son eskalasiyanın məsuliyyətini İsrail və ABŞ-a həvalə etdi.
Aydan ŞƏRBƏTOVA