İki həftədən çox davam edən etirazlardan sonra İranda gərginlik artmaqda davam edir.
ELAZ.İNFO xəbər verir ki, etirazların 16-cı günündə rejim tərəfdarları küçələrə axışıb. Paytaxt Tehranda və ölkənin bir çox digər yerlərində minlərlə insan toplaşıb.
Etirazlara görə İsrail və ABŞ-ı günahlandıran rejim tərəfdarları “İsrailə ölüm” şüarları səsləndiriblər.
İran Parlamentinin spikeri Məhəmməd Bafher Qaliban nümayişdə çıxışında “Biz terrorçulara qarşı müharibədəyik” deyərək, İrana qarşı başqa bir hücum olarsa, ABŞ prezidenti Donald Trampa heç vaxt unutmayacağı bir dərs verəcəkləri ilə hədələyib.
İranın xarici işlər naziri Abbas Arakçi 8 yanvardan bəri kəsilən internet bağlantısının təhlükəsizlik qüvvələrinin koordinasiyası ilə bərpa olunacağını bildirib.
Arakçi ABŞ prezidenti Donald Trampın hərbi müdaxilə təhdidi ilə bağlı deyib: “İran müharibə axtarmır, amma müharibəyə tam hazırdır”. O, ölkəsinin qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduğunu əlavə etdi.
ÖLƏNLƏRİN SAYI 500-Ü KEÇİB
İqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayı artmaqdadır. İran İnsan Hüquqları Təşkilatı həyatını itirənlərin sayının 500-ü keçdiyini açıqladı. Həmçinin bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələrinin bir çox üzvü də var.
İlahə BAYINDIR