“BARIŞI KOMANDADAN ÇIXARDIQ”
ELAZ.İNFO xəbər verir ki, “Sarı-qırmızılar”ın meneceri Okan Buruk jurnalistlərlə müsahibəsində söyləyib ki, “Barış dəyərlidir, xüsusidir. Mən onu çox sevirəm. O, çox səy göstərir və “Qalatasaray” da onun üçün çox səy göstərdi. Anlaşılmazlıqlar çoxdur. O, gənc oyunçudur və səhv edə bilər. Barış bizim üçün dəyərlidir. O, milli oyunçudur. Barışla qucaqlaşmaq lazımdır”.
“BARIŞI GERİ GƏTİRMƏLİYİK”
Okan Buruk bildirib ki, “Barış “Qalatasaray”a ciddi xidmət göstərdi. Bunu unutmayaq. Hər kəs səhv edir. Ona kömək etməliyik. Barış bizim oyunçumuzdur. İndiyə qədər onlara ən yaxşı şəkildə xidmət etdi. O, hansı mövqedə oynadısa, əlindən gələni etməyə çalışdı. Mövsümün ortasında təklif gələndə çempionluq arxasınca getdi. Səhvləri ola bilər. O, çox gənc oyunçudur, Barışla prosesi düzgün idarə etməli və onu geri qaytarmalıyıq”.
Okan Buruk onu da qeyd edib ki, “Barışın “Qalatasaray”a olan sevgisi heç azalmayıb. Bunlar insanpərvər şeylərdir. Barışı linç etməməliyik. Onu qoruyaq. O, “Qalatasaray” üçün önəmli oyunçudur. Bu müddət ərzində oyunçuları satmaq istəmirik. Çoxlu hədəflərimiz var. Futbolda bu cür satışlar və əhəmiyyətli təkliflər var. Çempionlar Liqasında oynayacağıq. Barış Alper Yılmazı satmağı düşünmürük”.
İslam MAHMUDOV