Oğul Rza Pəhləvi dədəsinin cinayətlərini yaddan çıxarıb

ELAZ.İNFO

Şah rejimi molla rejimi ilə ikiüzlü Yanusdur…

Şah rejimi Səməd Behrəngi, Əli Şəriəti kimi 100-lərlə aydının həyatına son qoyub. Səməd Behrəngi haqqında yazmışdım. Onu Arazda boğub öldürdülər.
Bəs Əli Şəriəti kimdir?
Məşhur sosioloq, tarixçi, ədəbiyyatçı və islam tədqiqatçısı, açıqfikirli intellektual, “Şəhid müəllim” adlandırılan Əli Şəriəti Fransanın Sorbonna Universitetini bitirib. Şəriəti İran hökumətinə qarşı nəşr edilən bir mətbu orqanı ilə əməkdaşlıq etdiyinə görə 1964-cü ildə həbs olunub. O, 1970-ci ildə “İrşad” hüseyniyyəsinə dəvət olunur. Böyük alim bənzərsiz istedadı, axtarıcılıq ruhu və tarixi incələməklə İslamın müqəddəs simalarını cəmiyyətə tanıtdırır. Ölkənin hər yerindən gənclər axın-axın “İrşad”a gəlir və orada Şəriətinin çıxışlarını dinləyirlər. 1973-cü ildə fars rejimi “İrşad”ı bağlayır. Şəriəti gizli həyat tərzi keçirməyə başlayır. Bunu görən şah rejimi onun atası Ustad Məhəmmədtəqini girov götürür ki, oğlu özünün təslim etsin. Bunu eşidən Şəriəti tez özünü təsim edir. Ancaq rejim atasını da azad etmir. O, 18 ay təkdamlıq kamerada saxlanılır. Fiziki və ruhi əziyyətlər görür ancaq təslim olmur.
1977-ci ildə Şəriəti vətənindən qərib şəkildə, qəlbi məşəqqət, əzab, ağrı, həyacanla dolmuş vəziyyətdə çıxır. İngiltərəyə mühacirət edir. Həyat yoldaşı və 3 qızı da onun arxasınca getməli idi. Ancaq mənfur rejim kiçik qızına və həyat yoldaşı Puran xanıma icazə vermir. Doktor Əli Şəriəti İngiltərəyə səfərindən 3 həftə sonra 19 iyun 1977-ci ildə evində ölü tapılır. Onun şah rejimin əli ilə zəhərləndiyi bildirilir. Beləliklə, İran rejimi nəhəng bir mütəfəkkiri 44 yaşında öldürməyə nail olur.
Şəriəti “Özünüdərk və eşşəkləşdirmə” əsərində yazır: “Keçmişdə, dini tam olaraq olduğu kimi, aydın, doğru izah edən böyük peyğəmbərlərin dövrlərini çıxmaq şərtilə, eşşəkləşdirmə amili din idi. Bu dövrdən sonra eşşəkləşdirici və insanlığa zidd güclər dinin taleyini ələ keçirdilər. Həm fərdi eşşəkləşdirmə, həm də ictimai eşşəkləşdirmə başladı. Çünki din hər ikisinə diqqət ayırır. Xüsusilə İslam dini həm “fərdi özünüdərk”ə, həm də ictimai “özünüdərkə” -hər ikisinə-özündə yer vermişdi. Buna görə də İslam tarixində Peyğəmbərdən sonra din eşşəkləşdirmə vasitəsinə çevrildikdə bəşəri cəmiyyətin ən böyük müsibəti başlayır. Çünki bir zərbə hər iki dərki iflic etdi. Həm “fərdi dərk”i, həm də “ictimai dərk”i.”
Əli Şəriətinin yaradıcılığında “Ziyalı və onun cəmiyyətdəki məsuliyyəti” əsəri xüsusi yer tutur…

Etibar Əliyev

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights