“Ögey ana” ilə tanındı, “Fəryad”la vidalaşdı

ELAZ.İNFO xəbər verir ki, bu il yaşasaydı tanınmış aktyor Ceyhun Mirzəyevin 79 yaşı olacaqdı.

Əziz xatirəsi yaddaşlardan silinməyən istedadlı və unudulmaz aktyor Ceyhun Mirzəyevi “Ögey ana” ilə tanıdıq, “Fəryad”la vidalaşdıq.

Bu böyük sənətkar 12 yaşında “Ögey ana” filmində əsas rolu- İsmayılı oynadı. Onun öhdəsindən gəldiyi İsmayıl obrazı bütün ölkəyə səs saldı.

Ceyhun Mirzəyev 86 filmin çəkilişində birbaşa iştirak edərək, aktyor, rejissor olaraq bir çox uğurlara imza atıb.

“Ögey ana”, “Görüş”, “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Bir məhəllədən iki adam”, “Bakıda küləklər əsir”, “Dəli Kür”, “İstintaq davam edir”, “Qanun naminə”, “Yenilməz batalyon”, “Fəryad” və digər onlarla filmdə yer alıb.

Yaratdığı rolların mahir oyunçusu olan Ceyhun Mirzəyev tamaşaçı sevgisini, rəğbətini qazanıb. Aktyorun ən böyük uğuru özünü tamaşaçılara sevdirə bilməsi olub. Buna onun güclü və dərin savadı, fitri-istedadı, qabiliyyəti imkan verib.

Güclü parodiya etmək qabiliyyətinə malik olan aktyor hətta “Mozalan” satirik verilişinin başlanğıcında səslənən vızıltını da səsləndirib.

Ceyhun Mirzəyev harda görünübsə, orada gözəllik, istedad görünüb.

 Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights