Obama Seçki Kampaniyasına Başlayır

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Virciniya və Nyu-Cersi ştatlarında kampaniyaya qoşuldu. Keçmiş prezident Virciniya qubernatorluğuna namizəd Abigail Spanberger və Nyu-Cersi qubernatorluğuna namizəd Miki Şerrilin kampaniya tədbirlərində Tramp administrasiyasını sərt tənqid etdi.

“İŞ DÜNYASI DİZ ÇÖKDÜ”

Obama bildirib ki, “Həqiqət budur ki, ölkəmiz və siyasətimiz hazırda çox qaranlıq bir dövrdən keçir”, çünki bu Ağ Ev hər gün ictimaiyyətə qanunsuzluq, məsuliyyətsizlik, şər və açıq-aşkar dəlilik paketi təqdim edir”.

Respublikaçıları Trampı “hətta sərhədi keçsə belə” dayandıra bilmədiklərinə görə tənqid edən Barak Obama həmçinin biznes dünyasının, hüquq firmalarının və universitetlərin onu sakitləşdirmək üçün “çox tez diz çökdüklərini” vurğulayıb.

O əlavə edib ki, “Hər gün Halloven kimidir – oyun var, amma ortada şəkər yoxdur.”

Obama, hökumətin bağlanması zamanı Trampın Ağ Evi təmir etmək qərarını hədəf alaraq deyib ki, “Düzünü desəm, o, bəzi vacib məsələlərə diqqət yetirib. Məsələn, insanların ayaqqabılarına palçıq dəyməsin deyə Gül Bağını betonla örtmək və 300 milyon dollarlıq bal salonu tikmək…”

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights