O şəhid qardaşlarının ruhumu çəkib aparır səni?

Cəsur kəşfiyyatçı Səyyaf Əhmədova ithaf

Ağılım söz kəsəndən yalana nifrət etmişəm. Kimin dilindən səslənməsinə, hansı müəllifin qələmindən yazılmasına baxmayaraq həqiqət libasına bürünən yalana, məqsədindən asılı olmayaraq ikrahla baxmışam. Bu gün, bax elə bu saatlarda isə eşitdiyim xəbərin yalan olmasını bütün varlığımla, qeyri-adi istəklə arzulayıram. Nə olar, dünya ha dağılmaz ki, bir xəbərin yalan olması arzum gerçək olsa. Yarəbbim! Yalan olacağına ümidlərimi puç etmə! Kaş həqiqət olmasına görə etdiyim dualar eşidilə, kaş cəsur kəşfiyyatçı Səyyaf Əhmədovun minaya düşərək həlak olması xəbəri yalan ola!

“Xan” təxəllüslü igid vətən oğlu! Gör neçə döyüşlərin alovundan keçdin, gör neçə erməni qansızını susdurdun! Böyük qələbəmiz üçün sən nələr etmədin! Şəkilindən boylanan iztirablarla dolu simanda neçə şəhidimizin nakam taleyinə acıdığını görürük. O şəhid qardaşlarının ruhumu çəkib aparır səni?

Nə olar, sıxıb zəng çatmayan telefonunu cavab düyməsini bircə kəlmə deyəsən, yalandır! Mən sağam!

Pərviz YƏHYALI

Bizimlə oxuyun
Verified by MonsterInsights