Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında bu vəziyyəti Rusiyanın apardığı siyasətlə müqayisə edərək, iki situasiya arasında köklü fərqlərin olduğunu bildirib.
“Rusiya öz torpaqlarını qaytarır, Tramp isə tarix yazmaq eşqindədir”
ELAZ.İNFO xəbər verir ki, Dmitri Medvedev vurğulayıb ki, Rusiya xüsusi hərbi əməliyyat və referendumlar vasitəsilə əsrlər boyu onun tərkibində olmuş doğma torpaqlarını və insanlarını geri qaytarır. Lakin Qrenlandiyanın ABŞ ilə heç bir tarixi və mədəni bağlılığı yoxdur. Medvedevin sözlərinə görə, Donald Trampın bu nəhəng adanı “udmaq” istəyi sadəcə bir məqsədə xidmət edir: tarixdə əbədi qalmaq.
“Trampın məqsədi xəritələri ulduzlu-zolaqlı rəngə boyamaq (artıq Kanada və Venesuelanın da daxil olduğu xəritəni paylaşıb) və ABŞ-ın qurucu ataları ilə bir sırada dayanmaqdır. O, Rusiya Prezidenti kimi tarixə düşmək istəyir,” – deyə Medvedev qeyd edib.
Rusiya rəsmisi bildirib ki, dünya mediası Trampın bu addımını “həyəcanlanmış Qarqantüanın böyük bir torpaq parçasını udması” kimi təsvir edir. Onun fikrincə, bu addım həm də ABŞ-ın ərazi baxımından dünyanın ikinci nəhəng dövlətinə çevrilməsi və “qoca Avropanın simasına tüpürməsi” deməkdir.
Lakin Medvedev əsas sualı gündəmə gətirib: Tramp bu hədəf üçün hansı bədəli ödəməyə hazırdır? O, NATO-nun mümkün süqutuna işarə edərək, belə bir geosiyasi gedişin Alyansın sonu ola biləcəyini və bunun “zəif bir ölkənin prezidentini qaçırmaqdan” daha ağır nəticələr doğuracağını vurğulayıb.
Məqalənin sonunda Medvedev qeyd edib ki, Trampın vaxtı daralır və o, adını tarixin qızıl səhifələrinə həkk etmək üçün tələsir.
Ruslan MƏMMƏDOV