Cingiz Abdullayev, 1959-cu ildə aprel ayının 7-də Bakı şəhərində dünyaya göz acmışdır.
Hüquq elmləri doktoru, Xalq yazıçısıdır.
Dünya şöhrətli yazıçının əsərləri, ən azı 16 dilə tərcümə edilib və 23 ölkədə nəşr edilmişdir. Əsərləri MDB ölkələrində, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 20 milyon nüsxədən çox kitabları nəşr edilmişdir.
Bildiyiniz kimi, ötən əsrin son illərində, dünya detektiv ədəbiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Klassik detektivin siyasi detektiv adlı bir janrı şöhrət qazanmağa başladı. Amerikanın ən nüfuzlu ədəbi jurnalları soydaşımızı yenicə yaranmış siyasi detektiv janrının banisi elan etdi.
C. Abdullayev cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasınacan bütün dünyanı əhatə edən “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında, “qlobal siyasi detektiv” janrının əsasını qoydu. O, bütün dünyada bu janrın klassiki kimi şöhrət qazandı.
“Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş yuxu”, “Yalnız özününkülər”, “Professionalların oyunları”, “Professionalların qaydaları”, “Günəş altında zülmət” kimi casus, “Döyüşçünün yolu”, “Məhkumların cənnəti”, “Eramızın əvvəlindəki sui-qəsd”, daha yüzlərlə roman bütün dünyanı dolaşmağa başladı.
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, dünya şöhrətli yazıçı Çingiz Abdullayevi ürəkdən təbrik edirəm! Canınız sağ olsun, ruhunuz yorulmasın! Yaşayın, yazın, yaradın!
Esmira RƏHİMOVA