Bir gün Şahın bagbanı baģı belləyəndə Şahın qızıl ilanının balasını bilmədən öldürür. Qızıl ilan Şahdan cəza istəyir. Şah “sən də onu çal öldür”,- deyir.
Qızıl ilan:
– Yeddi qapıya dilənçiliyə getsin!
Bəli, baģban dilənçiliyə getdiyi yeddi qapının yeddincisindən çıxanda qızıl ilan heyrətamiz bir qəzəbli sıçrayışla baģbanı çalır. Şah qızıl ilandan soruşur:
– Sən onu əvvəldən niyə çalmadın ki?
– Onun üzündə o qədər nur, o qədər həya, içində o qədər sədaqət var idi ki, onu çala bilməzdim, amma o hər qapıdan çıxanda o həya, o nur azalırdı, o sədaqət nifrətə çevrilirdi. Sonuncu qapıdan çıxanda onun üzündə nə nur vardı, nə həya, sədaqətdən əsər-əlamət belə yox idi. Onda rahat oldu çalmaq.
Bəziləri yeddi qapıya dilənçiliyə getmiş o bagbanın günündədir. Qoy özləri özlərinin etdiklərindən utansınlar…
Səfər İBRAHİMOV