O, cəmiyyətin problemlərini qələmə alan bir sənətkar kimi tanınır

ELAZ.İNFO xəbər verir ki, bu gün qardaş xalq olan Özbək ədəbiyyatının böyük nümayəndəsi, yazıçı, nasir və dramaturq Abdulla Qahhorun doğum günüdür.

Abdulla Qahhor öz əsərlərində xalqın həyatını, adət-ənənələrini, gündəlik qayğı və sevinclərini böyük ustalıqla qələmə almış, sadə insan obrazlarını ədəbiyyata gətirmişdir.

Abdulla Qahhor ədəbiyyatda təkcə yazıçı yox, həm də dərin müşahidəçi, cəmiyyətin problemlərini qələmə alan bir sənətkar kimi tanınır. Onun əsərləri təkcə Özbəkistanda deyil, bütün türk dünyasında oxucular tərəfindən maraqla qarşılanmış, ədəbiyyatın inkişafında mühüm iz buraxmışdır.

Qahhorun yaratdığı bədii irs bu gün də gənc nəsillərə vətənpərvərlik, humanizm və ədalət duyğularını aşılayır.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights