ELAZ.İNFO xəbər verir ki, qlobal gərginliyin artdığı 2026-cı ildə hər kəsi bir sual düşündürür: Nüvə silahının işə düşməsi üçün hansı şərtlər lazımdır və dünya buna necə baxır?
Nüvə dövlətlərinin (ABŞ, Rusiya, Çin və s.) rəsmi sənədlərinə görə, bu silahlar yalnız son çarə kimi nəzərdə tutulur. Faktlar göstərir ki, silahın istifadəsi üçün 3 əsas ssenari mövcuddur:
- “Launch-on-Warning” (Xəbərdarlıqla Atəş): Radarlar ölkəyə qarşı nüvə raketlərinin atıldığını təsdiqlədikdə (hələ raketlər hədəfə çatmamış) cavab zərbəsi endirilir.
- Egzistensial Təhlükə: Hətta adi silahlarla edilən hücum dövlətin varlığını və ya idarəetmə sistemini (məsələn, paytaxtın süqutu) təhdid edərsə.
- Birinci Zərbə (Preemptive Strike): Düşmənin nüvə hücumuna hazırlaşdığına dair 100% kəşfiyyat məlumatı olduqda “önləyici” zərbə. “Nüvə Çantası” necə işləyir? Çoxları elə bilir ki, prezidentin masasında bir “qırmızı düymə” var. Prezident (və ya səlahiyyətli şəxs) “Nüvə Çantası” (Football) vasitəsilə gizli kodlarla şəxsiyyətini təsdiqləyir. Məsələn, ABŞ-da “Two-man rule” qaydasına görə, raket silosundakı iki zabit eyni vaxtda öz açarlarını döndərməlidir. Heç kim təkbaşına raket ata bilməz. Strategiyadan asılı olaraq, əmrin verilməsi ilə raketin uçuşu arasında cəmi 4-8 dəqiqə vaxt olur.
Dünyanın buna icazəsi varmı? Beynəlxalq hüquq bu məsələdə qətidir: XEYR!
Cenevrə konvensiyalarına görə, mülki insanlarla hərbi hədəflər arasında fərq qoymayan hər bir silah qanunsuzdur.
TPNW Müqaviləsi: 2021-ci ildə qüvvəyə minən “Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsi” bu silahların hədəsini belə cinayət sayır. Lakin problem odur ki, nüvə dövlətləri bu müqaviləni imzalamayıblar.
BMT Təhlükəsizlik Şurası: Nəzəri olaraq, hər hansı nüvə təhdidi BMT-də müzakirə edilməlidir, lakin nüvə dövlətlərinin özləri veto hüququna malik olduğu üçün bu mexanizm işləmir.
Nüvə silahı 2026-cı ildə də hərbi gücdən daha çox, siyasi “çəkindirmə” aləti olaraq qalır. Çünki bu silahın işə düşməsi “Qarşılıqlı Məhv” (MAD) prinsipi ilə dünyanın sonu deməkdir.
Ruslan MƏMMƏDOV