ELAZ.İNFO xəbər verir ki, müğənni Nura Suri özünün sosial şəbəkə hesabında Alim Qasımovla bağlı paylaşım edib.
Müğənni yazıb ki, “Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura “qəhrəmanları” öz zəhərlərini töksünlər şərhlərə.
Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz?
Elə bil ki, hamı hakimdi, həyat da məhkəmə”.
Nura daha sonra deyib ki, “qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın”.
Günel GÜNTAC