Zelenskinin baş rolda iştirak etdiyi “Sluqa naroda” (Xalqın xidmətçisi) serialının (siyasi komediya) 1-ci sezonu 2015-ci ildə, 2-ci sezonu – 2017-ci ilin oktyabrında, 3-cü sezonu – 2019-cu ilin martında efirlərə çıxıb.
Serialın sloqanı belə idi: “Növbəti prezidentin tarixçəsi”.
Zelenski serialda oliqarxiya ilə, korrupsiya ilə mübarizə aparan ədalətli prezident rolunu oynayır. Onun prezident seçilməsi üçün yaradılan partiyaya da “Sluqa naroda” adını verdilər. İndi Ali Radada “Sluqa naroda” həlledici səsə malik ən böyük fraksiyadır.
Məncə, “Sluqa naroda” tarixə düşəcək ən uğurlu siyasi marketinq kampaniyası oldu. Onun sayəsində bir gün də siyasi, dövlət idarəetmə təcrübəsi olmayan, bir şöbəyə belə rəhbərlik etməyən komik Avropanın ən böyük ölkəsinə prezident seçdirildi.
Serialın 2-ci sezonunun 16-cı bölümündə belə bir maraqlı epizod var (videoda):
Korrupsiya cinayətinə görə həbs edilmiş sabiq baş nazir Çuyko prezident Qoloborodko (bu rolu Zelenski oynayır) ilə razılaşma əsasında həbsdən azad ediləndən sonra “Mindiç” soyadı ilə ölkədən İsrailə qaçmaq istəyir.
Xatırladıram ki, real dünyada korrupsiyada günahlandırılan Timur Mindiç dostu prezident Zelenskinin köməyi ilə ölkədən İsrailə qaçdı.
Kino kimi reallıq.
Serialdan bir məqamı da xatırlatmaq yerinə düşərdi: -serialın sonunda Ukrayna 28 hissəyə bölünür.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi