Norveçdə nazir olmaq istəyən adam tapmaq böyük problemdir

Şəkildə Norveçin səhiyyə naziri Silvi Listhauqdır.

Bu vəzifəyə o, 03.05.2019 tarixində təyin olunub. Təyinatdan bir neçə gün sonra bəyan edib ki, insanlara istədikləri qədər çəkməyə, içməyə və ət yeməyə imkan verilməlidir, çünki onlar özləri nəyin ziyan, nəyin faydalı olduğunu yaxşı bilirlər.

S.Listhauq (25.12.1977) 2000-ci ildə universiteti humanitar fənn müəllimi ixtisası üzrə bitirib və karyerasına orta məktəb müəllimi kimi başlayıb.

1998-dən Tərəqqi partiyasının Gənclər qanadına qəbul olunub, sonralar orda müxtəlif vəzifələr tutub və 2005-də partiyanın mərkəzi komitəsinə seçilib.

2001-2004-də Sorinqdə (Norveç parlamenti) Tərəqqi partiyası fraksiyasının siyasi məsləhətçisi olub.

2005-də ABŞ Konqresinin Nümayəndələr Palatasında praktikada olub.

Qayıtdıqdan sonra Mere-or-Romsdal, sonra isı Oslo deputatının köməkçisi işləyib.

2006-2011 – Oslo şəhər administrasiyasında abadlaşdırma və sosial xidmət məsələləri üzrə məsul şəxs.

2013-2015 – Norveç Kənd təsərrüfatı və ərzaq naziri.

2015-2018 – Norveç İmmiqrasiya və inteqrasiya naziri.

2018 (yanvar-mart) – Norveç Ədliyyə, ictimai təhlükəsizlik və immiqrasiya naziri. Müxalif Fəhlə partiyasına qarşı təxribat xarakterli ifadələr işlətdiyinə görə istefaya getməli olmuşdu…

2021-dən Tərəqqi partiyasının lideridir.

Belə görürəm ki, Norveçdə nazir olmaq istəyən adam tapmaq böyük problemdir.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights