Norveç vəliəhdi Mette-Maritin oğlu Marius Borg Hoiby, təcavüz, məişət zorakılığı və narkotik cinayətləri də daxil olmaqla 38 ayrı ittihamla mühakimə olunur.
ELAZ.İNFO xəbər verir ki, Hakim qarşısına çıxan Hoiby, ona qarşı irəli sürülən təcavüz ittihamlarından dördünü rədd etdi. Kral ailəsini sarsıdan işdə, Hoiby 38 ittihamdan hər hansı birində günahkar bilinərsə, uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.
O, MƏHKƏMƏDƏ “MƏN GÜNAHSIZAM” DEDİ
29 yaşlı Hoiby məhkəmənin əvvəlində təcavüz ittihamlarından dördünü rədd etdi. Qəhvəyi sviter, ağ köynək və tünd yaşıl şalvar geyinmiş Hoiby məhkəmə zalında iki vəkili arasında səssizcə oturdu.
Baş prokuror Sturla Henriksboe açılış nitqində Hoibinin hamı kimi mühakimə olunacağını vurğulayaraq bildirib ki, “O, sadəcə kral ailəsinin üzvü olduğu üçün daha sərt və ya yumşaq rəftar görməyəcək”.
“BƏZİ XIRDA İTTİHAMLARI QƏBUL EDİR”
Hoibinin vəkili Petar Sekuliç müvəkkilinin təcavüz və məişət zorakılığı ittihamlarını qəbul etmədiyini, lakin bəzi xırda ittihamlar üzrə günahını etiraf etdiyini bildirib. Sekuliç əlavə edib ki, “O, bunu məhkəmədə ətraflı izah edəcək”. Məhkəmə prosesi 19 mart tarixinə qədər davam edəcək və Hoibinin çərşənbə günü ifadə verməsi gözlənilir.
SON HƏBS VƏ SAXLANMA QƏRARİ
Norveç polisi Hoibini bazar günü bədən xəsarəti yetirməkdə, bıçaqdan istifadə etməkdə və qadağanedici qərarı pozmaqda şübhəli bilinərək həbs edib. Bazar ertəsi günü məhkəmə Hoibinin dörd həftə həbsdə qalmasını əmr edib. Vəkili qərardan apelyasiya şikayəti verməyi nəzərdən keçirdiklərini açıqlayıb.
ŞAHZADƏ MƏHKƏMƏ İCLASLARINDA İŞTİRAK ETMƏYƏCƏK
Bu iş Norveç kral ailəsi üçün sülh dövründə ən ciddi böhran kimi təsvir olunur. Lakin Hoibi kral titulu daşımır və taxt-taca varislik xəttində deyil. Məhkəmə prosesi anası Mette-Maritin 2008-ci ildə uşaq cinsi cinayətlərində məhkum edilmiş amerikalı Ceffri Epşteynlə əlaqə saxladığına görə “səhv qərar” verdiyini etiraf etməsindən bir neçə gün sonra başlayıb. Şahzadə Haakon, ədalət sisteminə etibar etdiyini söyləyərək, özü və VARİS ŞAHZADƏ Mette-Maritin dinləmələrə qatılmayacağını bildirib. Haakon, “Biz onu sevirik. O, ailəmizin vacib bir hissəsidir. Amma o, Norveç vətəndaşıdır və hər kəslə eyni məsuliyyət və hüquqlara malikdir” deyib. Haakon həmçinin iddia edilən qurbanlar üçün başsağlığı verib.
İTTİHAMLARIN ƏHATƏ DƏRƏCƏSİ NƏDİR?
Prokurorluğun məlumatına görə, Hoibiyə qarşı irəli sürülən ittihamlar arasında dörd təcavüz maddəsi var. Həmçinin bəzi əməllərin mobil telefonla qeydə alındığı iddia edilir. Yanvar ayında işə 3,5 kiloqram kannabis saxlamaq və daşımaq ittihamları əlavə edildi. 2024-cü ildə polis Høiby-ni münasibətdə olduğu bir qadına fiziki hücum etmək şübhəsi ilə də araşdırdı. O zaman Høiby spirtli içki və kokain təsiri altında qadına zərər verdiyini və mənzilinə zərər verdiyini etiraf edərək peşman olduğunu bildirdi.
Günel GÜNTAC