Azərbaycan dilinə keçən yabançı sözlərə qarşı öz fikrini bildirən Türkiyənin Çağ Universitetinin professoru Xaləddin İbrahimli ELAZ.İNFO–ya deyib ki, “Azərbaycan dilinə yer, yurd, dağ, dərə, ölkə, xalq, şəhər, çay, dünyaca ünlü elm və siyasət adamlarının adları ruscadan keçib. Çoxunun da deyilişi, yazılışı yanlışdır. Məsələn Amerika Birləşmiş Ştatları. Ştat ingiliscə state sözünün sadə tarnsformasiyasıdır, rusca belə bir söz olmayıb. Azərbaycan və digər post sovet ölkələri də oradan götürüb-dövlət, yəni state sözünü ştat kimi istifadə etməyə başlayıblar. Türklər ABD deyəndə ağız büzürük. Dogru olan da budur. Və yaxud Rene Dekart. Rusca yazılışı ve deyilişi budur. Təbii ki yanlışdır. Orjinaldan istifadə etmirik, ruscadan istifadə edirik. Niyə, nə üçün? Niyə dil qurumları, elmi şuralar bu məsələyə bir əncam çəkmir?”
Professor təəssüflə vurğulayıb ki, “Rus dilinin yanlış və zərərli təsirlərindən nə üçün uzaqlaşmaq istəmirik? Axı bizim üçün Rene Dekart və yaxud Mişel Fuko dedin, yoxsa orijinalda olduğu kimi René Descartes və ya Michel Foucault dedin, nə fərq edər? Niyə orjinalı deyil, təhrif olunmuş ruscanı əsas götürürük? Niyə? Bunu biriləri izah edə bilərmi?”
İlahə BAYINDIR