Abad və gözəl kəndlərimiz

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi Biləsuvar rayonunun cənub kəndlərində abadlıq və quruculuq işlərinin  görülməsində İcra və Bələdiyyələrlə hər zaman əməkdaşlıq edir.Bu gün də cari il üçün təşkilatın görmək üçün planlaşdırdığı fəaliyyətlərlə bağlı müzakirə etmək üçün rayonun 8 kəndinin icra nümayəndəsi və Bələdiyyə sədrləri ilə işgüzar görüş təşkil edildi.Görüləcək işlərin fəaliyyət istiqamətləri müzakirə edildi.Dövlət qurumları və Qeyri-Hökumət Təkilatlarının siyasətlərin icrasında müştərək fəaliyyəti hər zaman uğurlu olur.

Görüşün əsas məqsədi kənd icmalarında məişət tullantılarının toplanıb daşınması və abadlıq işlərinin görülməsidir.

Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi kominikasiya məsələsini hər zaman diqqət mərkəzində saxlayan təşkilatlardandır.O səbədən də icmalarda uğurlu işlərə imza ata bilirlər.

Sevinc Qasımova

Bizimlə oxuyun
Verified by MonsterInsights