Nitq analizi ilə demansın erkən diaqnozu

ELAZ.İNFO xəbər verir ki, nitq xüsusiyyətlərini izləməklə yaşlılıq demansını və Altsheymer xəstəliyini erkən mərhələdə müəyyən etmək mümkün olacaq. Ali İqtisadiyyat Məktəbinin (HSE) Dil və Beynə mərkəzi ilə Psixi Sağlamlıq Elmi Mərkəzinin mütəxəssisləri linqvistik analizə əsaslanan innovativ texnologiya hazırlayıblar. Alimlər aşkar ediblər ki, insanın yaddaş şikayətlərinin sadəcə subyektiv narahatlıq, yoxsa real xəstəlik əlaməti olduğunu müəyyən etmək üçün onun sözləri necə qruplaşdırmasına baxmaq lazımdır.

Ənənəvi testlərdə insandan bir dəqiqə ərzində müəyyən kateqoriyaya (məsələn, heyvanlar) aid maksimum söz demək tələb olunurdu və yalnız sözlərin sayı hesablanırdı. Yeni metod isə sözlərin keyfiyyətinə və strukturuna fokuslanır.

Tədqiqat göstərib ki, koqnitiv funksiyaları sağlam olan insanlar sözləri təkcə mənalarına görə deyil, həm də səslərinə görə qruplaşdırırlar (klasterlər yaradırlar). Məsələn: Yaxşı göstərici: “İnək, it, ilbiz” (Sözlər həm məna, həm də başlanğıc səslərinə görə ardıcıl düzülür). Zəif göstərici: Sözlər arasında heç bir səs və ya məna qruplaşması olmadan dağınıq şəkildə sadalanması. Mütəxəssis Svetlana Malyutinanın sözlərinə görə, insan bir mövzudan digərinə keçməzdən əvvəl bənzər səslənən sözləri nə qədər uzun zəncirvari şəkildə deyə bilirsə, bu, beynin bir o qədər sağlam olduğunu göstərir.

Bu metodun tətbiqi həkimlərə imkan verəcək ki, hələ ciddi simptomlar yaranmamışdan demans riskini yüksək dəqiqliklə müəyyən etsinlər. Tədqiqatın nəticələri nüfuzlu “Applied Neuropsychology: Adult” jurnalında dərc olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights