Nikol Paşinyan- Nersisyan qarşıdurması- kim qalib gələcək?

ELAZ.İNFO xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə əhalisini Ermənistan Apostol Kilsəsinin nümayəndəsi Ktritç Nersisyanın patriarxlıq iqamətgahından uzaqlaşdırmağa səsləyib. masına hazır olmağa çağırıb.

O özünün sosial şəbəkə hesabında yazıb ki, “Ermənistan Apostol Kilsəsinin qaydalarına əsasən, subaylıq andı içmiş keşiş şəxsi münasibətlər qurmaq hüququna malik deyil”.

N.Paşinyan vurğulayıb ki, “keşiş Ktritç Nersisyanın bu andı pozaraq hələ də patriarxlıq iqamətgahını tərk etmədiyini və bununla da müqəddəs ana kilsəni – baş kafedral məbədi təhqir edib. Bu davranışı ilə Ktritç Nersisyan bizi – Erməni Apostol Kilsəsinin sədaqətli davamçılarını – onu patriarxlıqdan uzaqlaşdırmağa çağırır. Biz bunu birlikdə edəcəyik. Hazır olun”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights