Nigeriyalı həkimlər tətil elan etdilər

ELAZ.İNFO xəbər verir ki, Nigeriya Rezident Həkimlər Assosiasiyasının (NARD) prezidenti Məhəmməd Süleyman yazılı açıqlamasında tətil qərarının “ağrılı, lakin zəruri bir addım” olduğunu bildirib.Günel GÜNTAC

Süleyman hökumətin əvvəllər əldə edilmiş razılaşmalara əməl etmədiyini və danışıqlara və ultimatumlara baxmayaraq problemlərin həll olunmadığını söyləyib.

Tətilin siyasi və ya şəxsi maraqlardan qaynaqlanmadığını vurğulayan Süleyman, məqsədlərinin “ölkənin çökməkdə olan səhiyyə sistemini xilas etmək” olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki,Süleyman həkimlərin ədalətli əmək haqqı, ödənilməmiş əmək haqqının yığılması, iş şəraitinin yaxşılaşdırılması və xəstəxanalarda adekvat kadr və infrastruktur tələblərini təkrarlayıb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights