Nigeriyada təkcə xristianları yox, müsəlmanları da öldürürlər

6 noyabrda Tramp birdən aşkar edib ki, hardasa Nigeriya adlı ölkə var və bu ölkənin zəngin yeraltı sərvətləri var, lakin nədənsə onlar ABŞ-a məxsus deyillər. Dərhal Truth hesabında yazıb:

-“Xristianlıq Nigeriyada həyati təhlükə ilə üzləşib. Birləşmiş Ştatlar orada və başqa ölkələrdə belə vəhşiliklərin baş verməsinə biganə qala bilməz. Biz dünya miqyasında böyük xristian icmamızı xilas etməyə hazırıq, bunu istəyirik və buna qadirik!”

Videoda isə Nigeriyaya “xox” gəlmək üçün daha çox sözdən istifadə edib.

Bütün statusun anlaşılan dilə tərcüməsi belədir:

“Əgər sizin zəngin sərvətiniz varsa və bunlar ABŞ-a məxsus deyilsə, onda sizdə demokratiya yoxdur və biz sizə mütləq ordumuzla kömək etməliyik!”

İsrail Fələstində xristianları öldürəndə, kilsələri partladanda, HTŞ Suriyada eynisini edəndə Tramp bunları nəinki görmür, əksinə, bunları edənlərə arxa durur.

Nigeriyada isə təkcə xristinaları yox, müsəlmanları da öldürürlər. Onlarda münaqişə dini yox, etnik xarakterlidir. Amma Nigeriya neft ehtiyatına görə dünya onluğuna daxildir, Afrikanın ən böyük neft hasilatçısıdır, zəngin qalay, niobium, litium, qızıl, dəmir filizi və s. yataqları var. Litium yataqlarını Çin şirkətləri işlədir. Çin Nigeriyada bu sahəyə $1 milyarddan artıq investisiya qoyub, zavodlar tikib…

Əlbəttə, ABŞ Nigeriyaya qoşun göndərmək iqtidarında deyil, amma belə zəngin ölkəyə “xox” gəlmək ki, pulla deyil. Bəlkə qorxdular və ABŞ-a bir pay verdilər?! Verməsələr, ona qarşı sanksiya tətbiq etmək imkanı da var hələ.

Asif Şəfəqqətov

Bizimlə oxuyun
Verified by MonsterInsights