ELAZ.İNFO xəbər verir ki, Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli LIV Bona Dea Hospital-ı məhkəməyə verib.
Özünün sosial şəbəkəsində izləyiciləri ilə fikirlərini bölüşən Nigar xanım bildirib ki, “LİV Bona Dea Hospitala qarşı məhkəmə çəkişməsinə hazırlığa başlamışam. Vəkilim hörmətli Zibeydə Zəkəriyyəyevadır”.
Nigar xanım vurğulayıb ki, “Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm. İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən başdansovdu yanaşmaya qarşıyıq”.
İlahə BAYINDIR