“Kanal S” televiziyasının aparıcısı Nigar Fərhad ölkədən getdiyini açıqlayıb. O bu barədə sosial media hesabında paylaşım edib.
Aparıcının sözlərinə görə, o, yaxın günlərdə Amerika Birləşmiş Ştatlarına yola düşəcək:
–“Hər şey qaydasındadır. Dəstək olanlara təşəkkür edirəm. Hamınızı çox sevirəm. Dəstəyinizə görə minnətdaram. Gələn həftənin ikinci günü Amerikaya uçuram. Üç həftəlik səyahətim var. Bir az sakitləşmək istəyirəm. Oradakı dostlarıma, yaxınlarıma baş çəkmək istəyirəm. Efirə gəldikdə isə, efir olmayacaq”.
AYDAN