Nicolo Zaniolonun Qalatasaray qərarı bəlli oldu

ELAZ.İNFO xəbər verir ki, Okan Burukun idarə etdiyi “Qalatasaray”da Nikolo Zaniolo ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
“Fiorentina” ilə icarə müqaviləsi başa çatan və opsion bəndindən istifadə olunmayan Nikolo Zaniolo “Qalatasaray”a qayıdıb.
Takvimin hesabatına görə bildirilib ki, 25 yaşlı cinah yarımmüdafiəçisi “Qalatasaray” tərəfindən heyətdə nəzərə alınmır.
Nikolo Zaniolonun “Qalatasaray”da qalmaq istədiyi bildirilirdi. Qeyd olunub ki, 25 yaşlı hücumçu qırmızı-sarı komandada özünü yenidən sübut etmək istəyir.

Yeri gəlmişkən bildirək ki, Nikolo Zaniolo ötən mövsümün ilk yarısını “Atalanta”, ikinci yarısını isə “Fiorentina”da keçirib. Ulduz futbolçu 36 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Nikolo Zaniolonun “Qalatasaray”la müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq. İtalyan ulduzun hazırkı bazar dəyəri 16 milyon avrodur.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights