ELAZ.İNFO xəbər verir ki, Qəbələ rayonu, Nic qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Nissan” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan üç nəfər maşından çıxa bilməmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə gəlib. Xilasetmə tədbirləri nəticəsində maşında qalan 2 nəfər yaralı halda, 1 nəfərin isə meyiti çıxarılmışdır.
Günel GÜNTAC