Netenyahu: -“Qəzza həbsxana olmamalıdır”

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə şam yeməyində görüşüblər.

ELAZ.İNFO xəbər verir ki, şam yeməyi zamanı jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, “Qəzzada atəşkəs səyləri ilə bağlı “Qəzzada sülh yolundayıq. Çox ümidliyik. Həmas da atəşkəs istəyir. İsraillə Həmas arasında atəşkəs üçün heç bir maneə yoxdur”.

Tramp “işlərin çox yaxşı irəlilədiyini” qeyd edib.

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff deyib ki, “Qəzzada sülh üçün fürsətimiz var”.

Netanyahu isə vurğulayıb ki, “Biz Fələstinlilər üçün daha yaxşı gələcək təklif edəcək ölkələr tapmaq üçün ABŞ ilə işləyirik”.

Fələstinlilərin başqa yerə köçürülməsi ilə bağlı sualı cavablandıran Netanyahu söyləyib ki, “(Qəzzada) qalmaq istəyirlərsə, qala bilərlər, amma getmək istəyirlərsə gedə bilərlər. Bu yer həbsxana olmamalıdır. İnsanlara azad seçim hüququ verilməlidir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights