ELAZ.İNFO xəbər verir ki, baş nazir Netanyahu İran əhalisinə müraciət edib.
Bu müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində paylaşılıb.
Netanyahu əhalini azadlıq mübarizəsinə çağırıb.
“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.
İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, – İsrailin Baş naziri qeyd edib.
N.B