ELAZ.İNFO xəbər verir ki, Nepalın paytaxtı Katmandu küçələri gənclərin qəzəbindən titrəyir.
Ötən həftə hökumətin Facebook, WhatsApp, Messenger və Instagram da daxil olmaqla 26 sosial media platformasını bağlamaq qərarı qəzəbi zirvəyə çatdırdı.
Baş nazir Şarma Oli sentyabrın 9-da istefa verdi, lakin gərginlik davam etdi. Hökumət binaları və turizm mərkəzləri yandırılıb. Bəzi siyasi liderlərin evləri də hədəfə alınıb.
Xaos zamanı ölkə daxilində çoxsaylı həbsxanalardan qaçan 12,500-dən çox məhbus azadlıqdadır.