Hindistanla Çini düşmən etmək mümkün olmadısa onların arasındakı Nepalda Maydan yaratmaq lazımdır.
2024-cü ildə də Baqladeşdə Maydan olmuş, Hindistan yönümlü hakimiyyət devrilərək, Amerika yönümlü hakimiyyət qurulmuşdu.
Logistika hazırdır: okeandan Banqladeşə, oradan da Nepala silah-sursat ötürmək və Nepalla sərhəd olan Tibeti çalxalamaq olar.
Nepalın da başına bir artist (reper) gətirmək istəyirlər. Zelenskidən sonra artistlərin hakimiyyətə gətirilməsi əsl səhnənin hələ qarşıda olduğundan xəbər verir.
Görək, Çin və Hindistan Nepal sınağından necə çıxacaqlar.

P.S. Sentyabrın 1-də Nepalın baş naziri ŞƏT-ə üzv olmaq üçün müraciət etmişdi.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi