ELAZ.İNFO xəbər verir ki, rejissor və ssenaristlər tez-tez digər əsərlərdən ilham alırlar. Lakin bəzən bu “ilham” qanuni hədləri aşaraq ciddi məhkəmə çəkişmələrinə səbəb olur. Dünya kinosunun ən böyük beş plagiat qalmaqalını təqdim edirik:
1922-ci ildə çəkilən “Nosferatu” filmi Brem Stokerin “Drakula” romanının icazəsiz adaptasiyası idi. Yazıçının dul xanımı məhkəməyə müraciət edərək filmin bütün nüsxələrinin məhv edilməsinə nail oldu. Lakin bəzi nüsxələr xaricə göndərildiyi üçün film dövrümüzə qədər gəlib çatdı və klassikaya çevrildi.
Ceyms Kameronun şah əsəri olan “Terminator” filmi ssenarist Harlan Ellisonun “Beyond the Limit” serialı üçün yazdığı “Soldier” epizodu ilə bənzərlik təşkil edirdi. Məhkəmə prosesi başlamazdan əvvəl studiya yazıçıya 65 min dollar ödəyərək razılığa gəldi və filmin titrlərində onun adının çəkilməsini təmin etdi.
Lük Bessonun məşhur filmi “The Incal” qrafik romanından bəhrələnməkdə ittiham olunurdu. Lakin maraqlı məqam o idi ki, həmin romanın rəssamı Möbiüs filmin quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdi. 2004-cü ildə məhkəmə bənzərliklərin plagiat sayılacaq qədər böyük olmadığına qərar verdi.
Vaçovski qardaşlarının (indiki bacılar) “Matrisa” trilogiyası bir neçə dəfə plagiat ittihamı ilə üzləşib. Ən böyük idda 2013-cü ildə Tomas Althaus tərəfindən irəli sürüldü. O, 300 milyon dollar tələb etsə də, məhkəmə “Matrisa” və iddiaçının “Ölməzlər” ssenarisinin tamamilə fərqli olduğuna qərar verərək iddianı rədd etdi.
Kventin Tarantino da 2013-cü ildə “Django Unchained” ssenarisi ilə bağlı 100 milyonluq iddia ilə üzləşib, lakin sübut çatışmazlığı səbəbindən iş bağlanıb. Maraqlıdır ki, Tarantino özü də “Aclıq Oyunları”nı Yaponiyanın “Battle Royale” əsərini kopyalamaqda ittiham edərək tənqid edib.
Ruslan MƏMMƏDOV