Nelson Mandela- irqçilik əleyhinə mübarizə aparan qəhrəman

ELAZ.İNFO xəbər verir ki, Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Nelson Mandela irqçilik əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb.

Nelson Mandela ömrünün 67 ilini insan hüquqları və sosial ədalətin əldə olunmasına həsr edib.

Bəşəriyyət üçün müstəsna xidmətlər göstərmiş Nelson Mandela 1993-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. Birləşmiş Millətlər Təşkilatı tərəfindən iyulun 18-i keçmiş Prezidentin doğum günü şərəfinə Beynəlxalq Nelson Mandela Günü elan edilib.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights