Neft qiymətləri aşağı düşüb

ELAZ.İNFO xəbər verir ki,neftin qiyməti dünya bazarlarında bir qədər aşağı düşüb.

“Brent” markalı xam neftin bir barelinin qiyməti təxminən 66 dollar, ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 62 dollar ətrafında ticarət olunub. Bu, neft bazarında ardıcıl ikinci gündür ki, eniş qeydə alınır.

Bundan əlavə, ABŞ dollarının güclənməsi də neft qiymətlərinə mənfi təsir göstərib. Çünki neft dollarla qiymətləndirilir və dolların bahalaşması digər valyutalarla alışları daha bahalı edir, bu isə tələbatı azaldır.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights