Neft bazarlarında qiymətlər 111 dolları ötdü

Ekspertlər Avropanın enerji siyasətindəki strateji xətaların üzə çıxacağını proqnozlaşdırırlar. dünya enerji birjalarında neftin qiyməti son dövrlərin ən yüksək həddinə çataraq rekord yeniləyib.

ELAZ.İNFO xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti təxminən 20 faiz artaraq bir barrel üçün 111 dollar həddini keçib. Bu kəskin artım fonunda beynəlxalq ekspertlər qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıqlar edirlər.

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, RFİH-in (RDIF) rəhbəri Kirill Dmitriyev mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, neftin qiymətinin 100 dolları ötməsi Avropanın Rusiya enerji resurslarına qarşı tətbiq etdiyi məhdudiyyətlərin fəsadlarını daha aydın göstərəcək. Onun sözlərinə görə, əksər avropalı bürokratlar hələ də bu addımların uzunmüddətli nəticələrini tam dərk etmirlər.

Dmitriyev qeyd edib ki, bir çoxları neftin bu qiymətə çatacağını qeyri-mümkün hesab etsə də, artıq bazar reallıqları dəyişib. O, Rusiya enerjisinin qlobal enerji balansı üçün həyati əhəmiyyət kəsb etdiyini və məhdudlaşdırıcı siyasətin strateji bir səhv olduğunu vurğulayıb. Proqnozlara görə, mövcud gərginlik fonunda enerji resurslarına olan, lakin tələbat və qiymət artımı Avropanın enerji təhlükəsizliyi strategiyasındakı boşluqları tamamilə ifşa edəcək.

Xatırladaq ki, neft qiymətlərindəki bu kəskin sıçrayış Yaxın Şərqdəki hərbi gərginlik və qlobal tədarük zəncirindəki qeyri-müəyyənliklərlə birbaşa əlaqələndirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights