Nazirlikdə Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub

Elaz.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, Asiya İnkişaf Bankının (AİB) İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Ötən dövrdə AİB-lə birgə icra olunan layihələrin müsbət nəticələrini qeyd edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. 

Ölkəmizdə son illər aparılan sosial islahatların, DOST Konsepsiyasının və sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinin uğurları barədə  nümayəndə heyətinə  məlumat verilib. İcra olunan aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun olaraq işçi qüvvəsinin bacarıqlarının artırılması sahəsində aparılan işlər, bu sahədə hədəflər qeyd edilib. 

S.Şakil ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu bildirib. Görüşdə AİB-lə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
 

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights