Nazir müavininin işində yeni detallar: İttihamlar ağırlaşır

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasının keçmiş birinci müdafiə naziri müavini Ruslan Salikovun cinayət işi üzrə yeni korrupsiya epizodları ortaya çıxa bilər. Hazırda istintaq orqanları keçmiş yüksək rütbəli məmurun digər cinayətlərdə iştirakını araşdırır. Ruslan Salikov hazırda bir neçə ciddi maddə üzrə ittiham olunur:

Cinayətkar birlik yaratma: Mütəşəkkil qruplaşma qurmaqda şübhəli bilinir. Mənimsəmə və israfçılıq: Dövlət vəsaitlərinin qanunsuz idarə edilməsi. Cinayət yolu ilə əldə edilmiş pulların yuyulması: Vəsaitlərin leqallaşdırılması cəhdləri. Rüşvət alma: İki ayrı fakt üzrə külli miqdarda rüşvət ittihamı.

Məlumata görə, Salikovun fəaliyyəti genişmiqyaslı yoxlamalardan keçirilir. İstintaq qrupu hesab edir ki, hazırkı epizodlar “ayberqin yalnız görünən tərəfi” ola bilər və yaxın günlərdə yeni cinayət faktlarının açıqlanması gözlənilir.

Qeyd edək ki, Salikov uzun illər Müdafiə Nazirliyində ən nüfuzlu şəxslərdən biri hesab olunurdu. Onun həbsi Rusiya hərbi elitasında təmizləmə prosesinin davamı kimi qiymətləndirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights