Naxçıvanda “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub

Naxçıvanda “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.

ELAZ.İNFO xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 44 nəfərin iştirakı ilə baş tutub.

Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təşkil edilən təlimdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights